Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Yaxın Şərqdə vəziyyət həm regionda, həm də onun hüdudlarından kənarda kritik təhlükə həddinə çatıb.
Vətəninfo.az xəbər verir ki, Borrell sosial media mikrobloqunda yazıb: “Mən Livanın baş naziri Mikatinin Qəzzada genişmiqyaslı müharibə təhlükəsinin qarşısını almaq üçün çox lazım olan atəşkəsə əlavə olaraq, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini dərhal yerinə yetirmək çağırışını dəstəkləyirəm”.
Bundan əvvəl İsrail döyüş təyyarələri Livan ərazisinə hücum edib. Daha sonra Hizbullah Beyrutda komandiri Fuad Şükrün öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə pilotsuz təyyarə və raket atıb.