image-1backend

Boris Pistorius: ”Türkiyə Suriyada əhəmiyyətli aktyora çevrilib”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Türkiyənin Baas rejiminin süqutundan sonra Suriyada daha əhəmiyyətli bir aktyora çevrildiyini bildirib. Suriyadakı hadisələri qiymətləndirən Boris Pistorius deyib: “İran və Rusiyanın Suriyadan çıxmasından sonra bölgədəki NATO ölkəsi olan Türkiyə, əvvəlkindən çox daha əhəmiyyətli bir aktyora çevrilib. Bu məsələni Türkiyə rəsmiləri ilə müzakirə edəcəyəm”.

Boris Pistorius, İraqa etdiyi səfər çərçivəsində İraq Kürd Regional Rəhbərliyinin başçısı Nəçirvan Bərzani ilə görüşüb. Görüşdə, Suriyadakı son hadisələr, DEAŞ-a qarşı beynəlxalq koalisiya missiyasına mümkün təsirlər və İraqdakı ümumi vəziyyət müzakirə edilib.

Qeyd edək ki, Almaniya, DEAŞ terror təşkilatı ilə mübarizə çərçivəsində İraqda xidmət edən əsgərlərinin xidmət müddətini 31 yanvar 2026-cı ilə qədər uzadıb. Qərara əsasən, əsgərlərin sayı maksimum 500 nəfərlə məhdudlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image