Aİ diplomatiyasının rəhbəri Josep Borrell BCM prokurorunun İsrail liderləri və HƏMAS liderlərinin həbsinə order verilməsi tələbini şərh edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Borrell Beynəlxalq Cinayət Məhkəməsinin Yəhya Sinvar, Məhəmməd əl-Deif, Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verilməsi barədə qərarını nəzərə aldığını bildirib.
“Müstəqil beynəlxalq qurum kimi BCM-nin mandatı beynəlxalq hüquqa uyğun olaraq ən ağır cinayətləri təqib etməkdir”, – Aİ diplomatiyasının rəhbəri əlavə edib.