image-reklam-veteninfo
image-1backend

Böyük Britaniya, Fransa və Almaniyadan İrana nüvə xəbərdarlığı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Böyük Britaniya, Fransa və Almaniya, İranın nüvə proqramına dair beynəlxalq ictimaiyyətlə danışıqlara yenidən başlamaması halında Tehrana qarşı sanksiyaları bərpa etməyə hazır olduqlarını Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmən çatdırıblar. Bu xəbərdarlıq ötən ay İstanbulda İran ilə ABŞ arasında nüvə danışıqlarını yenidən başlatmaq məqsədilə aparılan görüşlərdən sonra edilib.

“Financial Times” qəzetinin məlumatına görə, “Avropa üçlüyü” adlanan üç Avropa ölkəsinin xarici işlər nazirləri BMT-yə ünvanladıqları məktubda Tehran rəhbərliyinin bu il avqustun sonunadək diplomatik həll yoluna yaxınlaşmaması halında sanksiyaların yenidən qüvvəyə minə biləcəyini qeyd ediblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədilə “2015-ci il İran nüvə sazişi”ndən 2018-ci ildə birtərəfli qaydada çıxdığını elan etmişdi.

Rəsmi Tehran isə nüvə proqramının ancaq sülh məqsədli olduğunu iddia etməkdə davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki