image-1backend

Böyük Britaniya ilk hərbi kəşfiyyat peykini orbitə çıxardı

image-reklam_sirab_01

Böyük Britaniya ilk hərbi kəşfiyyat peykini orbitə çıxarıb. O, Yer planetinin səthinin video və foto çəkilişlərini həyata keçirəcək.

Vətəninfo.az xəbər verir ki, Peyk Tyche adlanır. O, Amerikanın Falcon 9 daşıyıcı raketinin köməyi ilə orbitə çıxarılıb. Peykin yaradılması 25 milyon dollara başa gəlib. Peykin çəkisi 160 kq-dır. O, eni 5 km-ə qədər olan obyektləri 90 sm-ə qədər dəqiqliklə çəkə bilir. Peyk kosmosda beş ildən az olmayaraq fəaliyyət göstərəcək.

Xatırladaq ki, Londonun özünün Skynet peyk sistemi olsa da, kəşfiyyat foto və video çəkilişləri üçün müttəfiqlərin, xüsusən də ABŞ-ın köməyinə müraciət edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki