image-2222222backend

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ETDİ 

image-reklam_sirab_01

Bu gün, mayın 19-da Böyük Britaniya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Vətəninfo.az xəbər verir ki,  Böyük Britaniya hökumətinin saytı xəbər verir ki, siyahıya 86 rusiyalı və şirkət, o cümlədən Rosbank və Tinkoff Bank, “Rosatom”la bağlı 9 təşkilat və Rusiya Metallurgiya Şirkətinin təsisçisi İqor Altuşkinin adı daxil edilib.

Qeyd edildiyi kimi, 86 rusiyalı və şirkətə qarşı tətbiq edilən yeni sanksiyalar Rusiyanın energetika, metallurgiya, müdafiə, nəqliyyat və maliyyə sektorları ilə bağlıdır, “Putinin qalıq gəlirlərinə təzyiqi artırır”.

“Sanksiyalar Ukrayna taxılının oğurlanması və yenidən satışı ilə məşğul olan gizli şəxslərə və təşkilatlara, habelə Rusiyanın iri enerji və gəmiçilik şirkətlərinə qarşı mübarizəni əhatə edir.

Qabaqcıl materiallar və texnologiyalar, xüsusilə lazerlər istehsal edən Rosatomla əlaqəli şirkətlər də sanksiyalara məruz qalır”, – deyə məlumatda bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki