image-reklam-veteninfo
image-1backend

Böyük Britaniya Ukraynaya qoşun yerləşdirir

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili parlamentdə çıxışında bildirib ki, ölkənin Silahlı Qüvvələri Ukraynada hərbi qüvvələrin mümkün yerləşdirilməsinə hazırlıq işlərini davam etdirir və bu məqsədlə maliyyələşdirməni sürətləndirir.

Hili qeyd edib ki, ukraynalılar artıq üç il yarımdır ki, Rusiyanın hərbi əməliyyatlarına qarşı azadlıq uğrunda mübarizə aparırlar. “Təhlükəsiz Avropaya güclü Ukrayna lazımdır”, – deyən nazir əlavə edib: “Onların azadlığı bizim azadlığımızdır, onların dəyərləri bizim dəyərlərimizdir.”

Con Hili koalisiyaya daxil olan müdafiə nazirləri ilə danışıqlar apardığını və mümkün razılaşmalardan sonra hərbi dəstəyin artırılmasının nəzərdə tutulduğunu bildirib. O, həmçinin ABŞ Prezidenti Donald Trampın münaqişəyə son qoymaq öhdəliyini yüksək qiymətləndirib.

Nazirin sözlərinə görə, 2025-ci ildə Böyük Britaniya Ukraynaya 4,5 milyard funt-sterlinq dəyərində hərbi yardım göstərib ki, bu da tarixdə ən yüksək göstəricidir. London Kiyevə təxminən 5 milyon patron, 60 minə yaxın artilleriya mərmisi, raketlər, 30 ədəd maşın və mühəndis avadanlıqları, eləcə də 200 elektron müharibə və hava hücumundan müdafiə sistemləri tədarük edib.

“Biz sülh uğrunda mübarizəni davam etdirməliyik və eyni zamanda (Rusiya prezidenti) Vladimir Putinə danışıqlar masası arxasına əyləşməsi üçün təzyiqləri artırmalıyıq. Bu səbəbdən Rusiyanın neft gəlirlərini sarsıtmaq üçün tədbirləri dəstəkləyirik”, – Hili vurğulayıb.

Böyük Britaniyanın müdafiə kəşfiyyatının son qiymətləndirməsinə görə, əgər Rusiya indiki irəliləyiş templəri ilə hərəkət edərsə, Donbas bölgəsini tam nəzarətə almaq üçün əlavə 4,4 il tələb olunacaq.

Hili həmçinin qeyd edib ki, gələn həftə Ukraynanın müdafiə məsələlərinə dair keçiriləcək konfransda Almaniyanın müdafiə naziri Boris Pistorius və NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki