image-reklam-veteninfo
image-1backend

Böyük Britaniya və Norveç Ukraynaya 580 milyon dollar ayırır

image-reklam-veteninfo

Böyük Britaniya və Norveç hakimiyyəti pilotsuz təyyarələr üçün Kiyevə 580 milyon dollar ayırmaq niyyətindədir. Vətəninfo.az  xəbər verir ki , bu barədə Bloomberg məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyi aprelin 11-də Brüsseldə Böyük Britaniya və Almaniyanın sədrliyi ilə keçiriləcək Ukrayna tərəfdarlarının toplantısında iki ölkənin mövcud maliyyə mənbələrindən 450 milyon funt-sterlinq (580 milyon dollar) məbləğində birgə paket təqdim edəcəyini açıqlayıb.

Böyük Britaniyanın müdafiə naziri Con Healy deyib: “Biz müharibəyə etinasızlıq etməklə sülhü təhlükə altına qoya bilmərik, buna görə də bugünkü əsas tədbirlər paketi Ukraynanın cəbhə xəttində mübarizəsinə dəstəyi artıracaq”.

Agentlik qeyd edir ki, tədbirlər paketi həmçinin nəqliyyat vasitələrinin və avadanlıqların təmiri və texniki xidmətinin maliyyələşdirilməsinə kömək edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki