image-timthumb-4backend

Böyük Britaniyanın baş naziri Ukraynaya böyük yardım paketi vəd edib

image-reklam_sirab_01

Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya 500 milyon funt-sterlinq (617 milyon dollardan çox) hərbi yardım paketi vəd edib. Vətəninfo.az xəbər verir ki, bu barədə The Guardian yazır.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın baş naziri Ukraynaya texnika, o cümlədən 400 maşın, 1,6 min silah və dörd milyon güllə vəd edir.

Məqalədə qeyd edilir ki, bu il Böyük Britaniyanın Ukraynaya ümumi yardımı 3 milyard funt sterlinq təşkil edəcək, rəsmilərin sözlərinə görə, maliyyə Xəzinədarlıq ehtiyatlarından götürülüb və döyüş sursatları, hava hücumundan müdafiə avadanlıqları, Britaniya pilotsuz təyyarələri və mühəndislik dəstəyi üçün istifadə olunub.

Bundan əvvəl “The Guardian” qəzeti Böyük Britaniyanın Ukraynaya yaratdığı beynəlxalq yardım fondunun vəsaitinin 50%-dən çoxunun müvafiq müqavilələrin imzalanmasında bürokratik gecikmələr səbəbindən istifadə olunmadığını yazmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki