Vətəninfo.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemi deyib: “Əgər İran nüvə proqramından geri çəkilməkdə ciddi deyilsə, üç Avropa ölkəsi – Britaniya, Fransa və Almaniya qəfildən sanksiyaları bərpa edə bilər ki, bu da İran üçün daha çox ağrı və iztirab deməkdir”.
Lemi İranı belə ritorika ilə hədələyən ilk Avropa xarici işlər naziri deyil. Ondan əvvəl Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas da İranın nüvə proqramının tamamilə ləğv edilməsinə çağırıb.