image-1backend

Böyük texnologiya brendləri İranı tərk edir 

image-reklam_sirab_01
Vətəninfo.az  xəbər verir ki, böyük texnologiya brendləri beynəlxalq sanksiyalar və ABŞ-nin təzyiqləri səbəbindən İran bazarını tərk edib.
Məlumata görə, iri texnoloji şirkətlərin tədricən İran bazarını tərk etməsindən sonra, IBM, HP və “Apple” kimi brendlər də artıq fəaliyyətlərini məhdudlaşdırıb. Bildirilib ki, bu yaxınlarda İranı boykot edən brendlər arasına “Asus” və “Lenovo” kimi digər böyük şirkətlər də qoşulub.
Kompüter Texnologiyası Birliyinin rəhbəri Məhəmmədrza Fərəci Tehrani də məsələni təsdiq edib və sanksiyaların İranın texnologiya bazarına təsirini vurğulayıb. O, IT avadanlıqlarının idxalı ilə bağlı çətinliklərə toxunaraq, problemin dolayı yollarla həll edilməsinə çalışdıqlarını söyləyib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image