ABŞ prezidenti Co Bayden, Vaşinqtonun yəhudi dövlətinə məlum dəstəyinə baxmayaraq, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində mülki əhali arasında itkilərin artması fonunda İsrailin baş naziri Benyamin Netanyahunu açıq şəkildə qınayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” yazır.
Qəzzada hərbi əməliyyatlar nəticəsində fələstinli qaçqınların düşərgələrindən birində bazar dağıdılıb. Yerli mülki əhali arasında qurbanların sayının artması Ağ Ev rəhbərini daha çox narahat edir.
“Biz bunu israillilərə açıqladıq və onlar bilirlər ki, günahsız fələstinlilərin təhlükəsizliyinin təmin edilməsi vacibdir. Onların hərəkətləri günahsız Fələstin sakinlərinə zərər verməməli və ya onları öldürməməlidir”, – deyə prezident Bayden bildirib.
ABŞ prezidentinin İsraili tənqid etməsi, iki aydan çox əvvəl Yaxın Şərqdə münaqişənin başlanmasından bəri ən kəskin tənqidi olub və deyib ki, Təl-Əviv “ayrı-seçkilik etmədən bombardmanları” səbəbindən beynəlxalq dəstəyi itirir.
Bayden qeyd edib ki, Netanyahu Fələstin Administrasiyasının sülh prosesinə daxil edilməsinə razılıq verməlidir. ABŞ prezidenti belə bir ictimai çıxışı BMT Baş Assambleyasında 153 ölkənin Qəzza zolağında atəşkəsin lehinə səs verdiyi məşhur səsvermədən sonra edib. Yalnız on dövlət əleyhinə, iyirmi üç dövlət bitərəf qaldı.


























