image-1backend

Britaniya: “Bizim  İranın Qərbdəki təsir şəbəkəsinin maliyyələşməsində iştirakımız olmayıb” 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi Qərb ölkələrində İranın təsir şəbəkəsinin maliyyələşdirilməsində heç bir rolunun olmadığını açıqlayıb. Daha öncə şəbəkənin üzvü iranlı tədqiqatçı Ruzbeh Parsi Britaniya adından layihədə iştirak etdiyini bildirib.
Britaniya XİN dünən Ruzbeh Farsinin layihədə iştirakı ilə bağlı deyib: “Bizim İran Ekspertlər Layihəsini maliyyələşdirməyə dair heç bir qeydimiz yoxdur və onlara rəsmi əməkdaşlıq etmirik”.
Bildirilib ki, Ruzbeh Parsi İsveç Beynəlxalq Münasibətlər İnstitutunun Yaxın Şərq və Şimali Afrika proqramının rəhbəri və İrana lobbiçilik etməkdə ittiham olunan Milli İran-Amerika Şurasının keçmiş rəhbəri Trita Parsinin qardaşıdır. Ötən ay “Expressen” qəzetinin müstəqil köçə yazarı Sofi Lövenmark Parsinin İranla əlaqəli şəbəkəyə üzv olması ilə bağlı məqalə yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image