image-1backend

Britaniya məhkəməsi Assanjı zaminə buraxıb

image-reklam_sirab_01

“WikiLeaks”, qurucusu Culian Assanjın 2019-cu ildən həbsdə saxlandığı Britaniyanın Belmarş həbsxanasından sərbəst buraxıldığını və təyyarə ilə Böyük Britaniyanı tərk etdiyini açıqlayıb.

Bu barədə təşkilatın sosial şəbəkə hesabında bildirilib.

“O, 1901 gün həbsdə qaldıqdan sonra iyunun 24-də səhər saatlarında ciddi rejimli Belmarş həbsxanasından çıxıb. O, London Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb, həmçinin gündüz Stansted Aeroportuna buraxılıb və burada təyyarəyə minərək Böyük Britaniyanı tərk edib”, – məlumatda diqqətə çatdırılıb.

“WikiLeaks” həmçinin Amerika məhkəməsinin Assanj və ABŞ prokurorluğu arasında etiraf sövdələşməsinin bağlanması barədə məlumatını təsdiqləyib. Bununla belə, təşkilata görə, bu hələlik “rəsmən yekunlaşdırılmayıb”.

Qeyd edək ki, ABŞ hakimiyyəti “Wikileaks” portalının təsisçisi Culian Assanjın Böyük Britaniyadan ABŞ-a ekstradisiya edilməsi tələbindən imtina etməyə razılaşıb.

Bu barədə “Sky News” kanalı məlumat yayıb. Bildirilib ki, ABŞ hökuməti və Assanj arasındakı razılaşmaya əsasən, onun casusluq ittihamı üzrə təqsirini etiraf etməsi gözlənilir. Razılaşmaya əsasən, Assanj Marian adalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ yurisdiksiyasındakı federal məhkəmədə hakim qarşısına çıxacaq və qanunsuz olaraq məxfi məlumatları əldə etmək və yaymaqla bağlı təqsirini etiraf edəcək.

Bu razılaşma Assanja ABŞ-da həbsdən yayınmağa imkan verəcək. Razılaşmaya əsasən, prokurorlar onun 62 aylıq həbs cəzası tələb edəcəklər. Bu isə, C.Assanjın Londonun Belmarş həbsxanasında saxlanıldığı müddətlə eyni olduğu üçün o, yenidən həbsdə saxlanılmayacaq və artıq cəzasını çəkmiş sayılacaq.

Federal hakim tərəfindən təsdiqləndiyi təqdirdə, razılaşma həmin vaxtı nəzərə alınacaq və Assanjın vətəni Avstraliyaya qayıtmasına imkan veriləcək.

Assanj ABŞ-a getməyə qarşı çıxdığı üçün məhkəmə iclası Marian adalarında keçiriləcək. Həm də məhkəmənin keçiriləcəyi yer Avstraliyaya yaxın yerləşir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki