image-555backend

Britaniya XİN-dən ölkə vətəndaşlarına çağırış: “İranda həbs oluna bilərsiniz”

image-reklam_sirab_01
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına və İranla ikili vətəndaşlığı olanlara xəbərdarlıq edib.
“Həmin vətəndaşlar İrana getsələr hökumət rəsmiləri tərəfindən özbaşına saxlanıla, istintaqa cəlb edilə bilər”-XİN bəyan edib.
Nazirlik habelə vurğulayıb ki, İran rəsmiləri həmin vətəndaşların saxlanılması üçün sırf “Biritaniya pasportuna malik olmağı” yetərli dəlil kimi tanıyır.
“Vətəndaşlar aylarla və hətta illərlə İranda həbsdə saxlanıla bilər”-deyə bildirişdə qeyd olunub.
“Vətəndaşlarımız bilməlidir ki, İranda problemlə üzləşsələr, Britaniya dövləti onlara köməklik etməyə qadır olmayacaq. Hazırda İranda olan britaniyalı vətəndaşlar İranda olduqları barədə yenidən düşünməlidirlər”-deyə, nazirliyin xəbərdarlığında qeyd olunub.
Qeyd edək ki, İran bu ölkəyə səfər edən ABŞ və Avropa ölkələri vətəndaşlarını saxta ittihamlarla həbsə atır. Məqsəd isə İrana qarşı sanksiyaların ləğvi, İranın bloklanmış vəsaitlərinin azad edilməsidir.
Tehran eyni zamanda günahsız insanları girov saxlayaraq, bundan ölkənin nüvə danşıqlarında və sair məsələlərdə siyasi alət kimi istifadə edir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki