Vətəninfo.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli dünən Herzliyada keçirilən beynəlxalq təhlükəsizlik konfransında İsrailin üzləşdiyi problemlərdən danışıb.
O, İsrailə üç günlük səfəri zamanı bəyan edib:
“İran hökuməti açıq şəkildə və müntəzəm olaraq İsraili məhv etmək niyyətindədir, amma Britaniya bunu heç vaxt qəbul etməyəcək”.
Onun sözlərinə görə, İran bir sıra qruplaşmalara silah göndərməklə, onları İsrail ərazisində terror törətməyə təşviq edir.