image-reklam-veteninfo
image-1backend

Britaniyada İrana bağlı İslam düşərgəsi ləğv edildi

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Britaniyada İrana yaxınlığı ilə tanınan “Əhli-Beyt İslam Missiyası” tərəfindən təşkil ediləcək uşaq yay düşərgəsi təhlükəsizlik risklərinə görə təxirə salınıb.

“Vilayət” adlı düşərgənin 9-14 yaşlı uşaqlar üçün sentyabr ayında keçirilməsi planlaşdırılırdı. Düşərgənin proqramına isə İslam dəyərlərinə dair təlimlər və dini mühazirələr, camaat namazları və Quranın oxunması kimi fəaliyyətlər daxil idi.

Məlumata görə, düşərgə Britaniya Skaut Təşkilatı tərəfindən təhlükəsizlik məsələləri səbəbi ilə rədd edilib.

Qeyd olunub ki, düşərgənin keçirilməsi planlaşdırılan ərazi bütün şəxslərin təhlükəsizliyi üçün potensial risk daşıyır və əraziyə mümkün müdaxilələrin qarşısını almaq üçün kifayət qədər təminat verilə bilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki