Böyük Britaniyada həftə sonu başlayan iğtişaşlar gecə boyu davam edib.
Vətəninfo.az xəbər verir ki, zorakılıq törədən izdiham sığınacaq axtaranların qaldığı Rozerhamdakı “Holiday Inn Express” binasının qarşısında polisə əşyalar tullayıb.
İğtişaşçılar otelə soxulub, yanğınlar törədib və pəncərələri sındırıblar.
Otel işçiləri və ya sakinlərdən heç kim xəsarət almayıb.
Boltonda polis etirazçıları bir-birindən ayırmağa çalışıb və idihama tüstü bombaları atıb.
Bir qrup immiqrasiya əleyhinə nümayişçilərə “Allahu Əkbər” qışqırıb.
Ötən bazar ertəsi Souzportda üç gənc qızın bıçaqlanması ilə bağlı dezinformasiyadan sonra İngiltərədə bir neçə gündür iğtişaşlar hökm sürür.