image-346279302_1006851870296539_3279478359349084700_nbackend

Britaniyada Xameneiyə bağlı mərkəzin işçiləri qovuldu 

image-reklam_sirab_01

Böyük Britaniyanın Xeyriyyə Komissiyası İran lideri Əli Xameneiyə bağlı “İslam Mərkəzi”nin məsul şəxslərini işdən çıxarıb.

Vətəninfo.az xəbər verir ki, komissiyanın yaydığı bəyanatda bildirilir ki, mərkəzin idarə olunması və bu məsələdə araşdırma aparması ilə bağlı ciddi narahatlıqlar varr.

Bununla yanaşı, İslam Mərkəzinin məsul şəxslərinin qanuni vəzifə və öhdəlikləri yerinə yetirməməsi və xeyriyyə fondunun aktivlərinin qorunmamasında ittiham olunublar.

Böyük Britaniyanın Daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Tom Tugenhut mərkəzin bağlanmasını alqışlayıb.

“Mən İranın İngiltərədəki təhdidləri ilə bağlı xəbərdarlıq etmişdim. Tehran rejimi ilə əlaqəli olduğu bildirilən və onun məsul müdirinin İranın rəhbəri tərəfindən təyin edilən bu mərkəzin rəhbərlərinin vəzifədən çıxarılması alqışlanacaq bir hadisədir”,- o bildirib.

Qeyd edək ki, bundan öncə İranda etiraz aksiyaları keçirildiyi vaxt, İngiltərədə yaşayan iranlılar bu mərkəzin bağlanması tələbi ilə onun binası qarşısında aksiyalar keçiriblər.

İngiltərədə yaşayan müxalif iranlılar İslam Mərkəzinin Tehran rejiminin casusluq yuvalarından biri olduğunu bildirən və onun bağlanmasını tələb edən petisiya imzalayıb və London hökumətinə təqdim etmişdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki