Amerikalı müğənni Britni Spirs əri, aktyor və fitnes məşqçisi Sem Askari ilə rəsmən boşanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb. “Dekabrın 2-də estrada ulduzunun subay qadın olduğu rəsmən elan edilib”, – məlumatda deyilir. Qeyd olunur ki, Spirs və Əskərinin boşanması bu il mayın 2-də rəsmiləşib.
Xatırladaq ki, cütlük 2022-ci ildə ailə həyatı qurub. Nikah qapalı mərasimlə baş tutub. Onlar 2016-cı ildə görüşməyə başlayıblar.