image-1backend

“Broker Əbülfəz” Türkiyədə yeni şirkət qurdu — Şəriki Səfər Mehdiyevdir

image-reklam_sirab_01

“Broker” MMC-nin rəhbəri, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov Türkiyədə yeni şirkət qurub. Qaynarinfo-nun məlumatına görə, Əbülfəz Məlikov Azərbaycandakı bir sıra biznes şirkətlərini də Türkiyənin İstanbul şəhərinə köçürüb.

Dəyəri milyonlarla manat olan şirkət qida, turizm, otelçilik və digər sahələrdə fəaliyyət göstərəcək.

Əbülfəz Məlikovun Bodrumda da bahalı istirahət mərkəzini satın alması ilə bağlı məlumatlar var.

Hazırda Türkiyədə olan Əbülfəz Məlikova bu işdə Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsləri, o cümlədən Fövqəladə Hallar Nazirliyinin generalları da dəstək verir.

Onun şərikləri arasında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin də olduğu iddia edilir.

Qeyd edək ki, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. Mənüçöhr Əhədpur fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır.

Onu da qeyd edək ki, Əbülfəz Məlikovun Rusiyada da biznesi var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki