Vətəninfo.az xəbər verir ki, bu gün İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi yerli vaxtla saat 16:00-da parlament binasında 70 xarici nümayəndə heyətinin və beynəlxalq təşkilatların baş katiblərinin iştirakı ilə baş tutacaq.
Məlumata görə, prezidentin andiçmə mərasimini 600 yerli və xarici jurnalist işıqlandıracaq.
Bildirilib ki, bu gün səhər saat 08:00-dan etibarən paytaxt Tehranda nəqliyyatın hərəkəti tənzimlənib və İran parlamentinə gedən yollar bağlanıb.
Qeyd olunub ki, andiçmə mərasiminin proqramına İran dövlət himinin səsləndirilməsi, İran parlamentinin sədrinin qarşılanması, ölkənin Ədliyyə-Məhkəmə Sisteminin rəhbərinin çıxışı, yeni prezidentin andiçmə mərasimi, sonda isə yeni prezident Məsud Pezeşkianın çıxışı daxildir.