image-reklam-veteninfo
image-1backend

Bu iki ölkə müharibəyə BAŞLADI: 7 nəfər öldü, sərhəd-keçid məntəqəsi bağlandı

image-reklam-veteninfo

İordaniya hərbi hava qüvvələrinin Suriyanın cənubundakı Dəraa vilayətinə endirdiyi aviazərbələr nəticəsində 7 mülki şəxs həlak olub, daha 3 nəfər yaralanıb. Hadisədən sonra Suriya ilə İordaniya arasındakı Nəsib sərhəd-keçid məntəqəsi bağlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə SANA agentliyi Suriyanın Xarici İşlər və Xaricdə Yaşayan Vətəndaşlar Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, həlak olanlar arasında 3 uşaq və bir qadın da var. Suriya Xarici İşlər Nazirliyi İordaniya tərəfinə ölkə ərazisində əvvəlcədən razılaşdırılmamış hərbi əməliyyatların keçirilməsinə qəti etirazını bildirib.

Nazirlik hadisə nəticəsində həyatını itirənlərin və yaralananların ailələrinə başsağlığı verib, İordaniya tərəfi ilə əlaqələrin davam etdiyini və hücumun təfərrüatlarının, eləcə də səbəblərinin aydınlaşdırılması üçün müzakirələr aparıldığını qeyd edib.

Dəraa vilayətindəki vəziyyətlə əlaqədar Suriyanın Sərhəd-Keçid Məntəqələri və Gömrük Xidmətinin Baş İdarəsi oktyabrın 27-də İordaniya ilə sərhəddə yerləşən Nəsib keçid məntəqəsinin bağlandığını elan edib. Qərara əsasən, həm sərnişin, həm də yük daşımaları tam dayandırılıb. Rəsmi açıqlamada bunun keçid məntəqəsindəki sərnişinlərin və əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı bildirilib.

İordaniya Kral Hərbi Hava Qüvvələri oktyabrın 26-da Suriyanın cənubunda ekstremist qruplaşmalara aid hədəflərə zərbələr endirdiyini açıqlayıb. Ammanın məlumatına görə, əməliyyat həmin qruplaşmaların İordaniyanın Kərək vilayətindəki Həmud kəndində kilsəyə hücum edən şəxslərlə əlaqələrinin müəyyənləşdirilməsindən sonra həyata keçirilib.

Məlumata əsasən, oktyabrın 23-də dəfn mərasimi zamanı baş verən həmin hücum nəticəsində 9 nəfər ölüb, 34 nəfər yaralanıb.

Hadisə Suriya ilə İordaniya arasında təhlükəsizlik məsələləri ilə bağlı gərginliyi artırıb. Tərəflərin hücumun səbəbləri və nəticələrinin aradan qaldırılması istiqamətində əlaqələri davam etdirdiyi bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki