image-reklam-veteninfo
image-1backend

Bu iki ölkə  narkotik qaçaqmalçılığına qarşı əməkdaşlıq edəcək

image-reklam-veteninfo

ABŞ dövlət katibi Marko Rubio və Meksika prezidenti Klaudiya Şeynbaum Meksikanın paytaxtında keçirilən görüşdə narkotik kartelləri və digər transmilli cinayətkar qruplarla mübarizədə əməkdaşlığa sadiq olduqlarını bir daha təsdiqləyiblər.Vətəninfo.az xəbər verir ki , bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

“Onlar Birləşmiş Ştatlar və Meksika arasında güclü tərəfdaşlığı və kartelləri pozmaq, fentanil problemini həll etmək və transmilli cinayətkar qruplar tərəfindən törədilən zorakılıqla mübarizə, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, iqtisadi rifah və təhlükəsizliyin təşviq edilməsi üzrə birgə öhdəliklərini bir daha təsdiqləyiblər”, – sənəddə deyilir.

ABŞ dövlət katibi Meksikanın xarici işlər naziri Xuan Ramon de la Fuente ilə keçirdiyi mətbuat konfransında bəyan edib ki, Vaşinqton Karib hövzəsində narkotik vasitələrin daşınması üçün istifadə edilən gəmilərin məhvini davam etdirmək niyyətindədir.

Sentyabrın 2-də ABŞ prezidenti Donald Tramp ABŞ qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkotik kartelinin “Tren de Araqua”nın 11 üzvünü məhv etdiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki