image-1backend

Bu iki partiya sədri bir-birinə rəqib oldu – Eyni dairədən mübarizə aparacaqlar

image-reklam_sirab_01

Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədovun deputatlığa namizədliyi qeydə alınıb.

Vətəninfo.az  xəbər verir ki, bu barədə İlqar Məmmədov sosial şəbəkə hesabından paylaşım edib.

“Partiyamızın namizədləri arasında tələb olunan imzaları və digər sənədləri dairə seçki komissiyasına sonuncu olaraq mən versəm də, bugün dairə seçki komissiyası namizədliyimi qeydə aldı. Daha iki nəfərin qərarını gözləyirik, bununla da Respublikaçı Alternativ üçün qeydiyyat mərhələsi tamamlanacaq”, – deyə paylaşımda bildirilir.

Qeyd edək ki, İ.Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairədən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də namizəddir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki