ABŞ hakimiyyəti son bir il ərzində 270 mindən çox miqrantı deportasiya edib. Vətəninfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanal departamentin bu il oktyabrın 1-dən sentyabrın 30-dək olan dövrünü əhatə edən illik hesabatına istinadən xəbər verir ki, “ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi ötən maliyyə ili ərzində 271 484 miqrantı deportasiya edib”.
Nəşrin məlumatına görə, bu, 2014-cü ildən bəri mühacirlərin deportasiyasının ən böyük göstəricisidir.
Deportasiya edilənlərin əksəriyyəti ABŞ-a qeyri-qanuni yollarla Meksikadan keçib. insanlar 200 müxtəlif ölkəyə deportasiya edildi.


























