image-reklam-veteninfo
image-1backend

Bu il Xankəndidə İƏT-in 17-ci Zirvə toplantısı keçiriləcək

image-reklam-veteninfo

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısı keçiriləcək.

Bu sözləri “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və Prespektivlər” mövzusunda bu gün keçirilən konfransda Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsi rəisinin müavini Rövşən Mirzəyev deyib.

O qeyd edib ki, bu görüşü uğurlu şəkildə həyata keçirəcəyik:

“Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıqdan bəhs edəcək”.

Qeyd edək ki, 2023-cü ildə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki