“Netflix” süni intellekt (AI) mütəxəssisi adlı iş elanını dərc etdikdən sonra Hollivud aktyorlarının və yazıçılarının kəskin reaksiyasına səbəb olub.
ABŞ-da Hollivud assosiasiyaları olan Ekran Aktyorları Assosiasiyası (SAG) və Amerika Televiziya və Radio İşçiləri (AFTRA) süni intellektə qarşı əmək haqqı və iş təhlükəsizliyi tələbi ilə tətil edirlər.
63 ildə ilk dəfə baş verən tətilin ortasında “Netflix”dən reaksiyalar toplayan bir iş elanı gəlib. Elana görə, yeni işçi tamaşaçılar üçün yeni şoular seçməyə kömək edən “Netflix” alqoritmini idarə edən Maşın Öyrənmə Platforması komandasına qoşulacaq.
Vəzifəyə ildə 900.000 dollara qədər ödəmə təklifi qəzəbi daha da artırıb. Maşın Öyrənmə Platforması komandasındakı bir məhsul meneceri üçün başqa bir siyahıda qeyd olunub ki, gələcək işçi “rəylər toplayacaq və istifadəçi ehtiyaclarını anlayacaq və nəticədə investisiya qərarlarında kömək edəcək”.
“Netflix” iş siyahıları ilə bağlı şərh verməkdən imtina edib, lakin o əvvəllər süni intellektin yaradıcı prosesi əvəz etməyəcəyini bildirmişdi.Publika.az