image-1backend

“Bu, İsrailin qanunsuzluqlarının son nümunəsidir” – Rəcəb Tayyib Ərdoğan

image-reklam_sirab_01

Türkiyə Milli Təhlükəsizlik Şurası (MGK) başda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası olmaqla, məsuliyyətli mövqedə olanları münaqişənin Yaxın Şərqə yayılması məqsədilə İsrailin Fələstin ərazisindən kənara yönəldiyi hücumların qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

Vətəninfo.az xəbər verir ki. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MGK toplantısından sonra verilən bəyannamədə Suriya torpaqlarında məskunlaşan terror təşkilatlarının zərərsizləşdirilməsi istiqamətində fəaliyyətlərin fasiləsiz davam etdiriləcəyi, milli təhlükəsizliyə zərər verə biləcək hər hansı plan və ya tamamlanmış təşəbbüsə icazə verilməyəcəyi, İraqla başda PKK/KCK-PYD/YPG olmaqla, ölkələr üçün ortaq təhlükə yaradan terror təşkilatları ilə mübarizədə əməkdaşlığı qabağa aparmaqla bağlı qətiyyət təsdiqlənib.

Bəyannamədə o da bildirilir ki, “Münaqişənin Yaxın Şərqə yayılması məqsədi ilə İsrailin Fələstin ərazisindən kənara yönəltdiyi hücumların qarşısını almaq üçün başda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası olmaqla, məsuliyyətli mövqedə olan başçılara müraciət edilib. İsrailin qeyri-insani hücumlarına qarşı çıxan Birləşmiş Millətlər Təşkilatının baş katibinin “persona non-qrata” elan edilməsi, ölkəyə girişinə qadağa qoyulması İsrailin qanunsuzluqlarının son nümunəsidir. Türkiyə dövləti və xalqı həm də qardaş Livan xalqı və hökumətinin yanındadır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki