image-1backend

Bu  kəndlər Azərbaycana qaytarılır

image-reklam_sirab_01

Baş nazirinn müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın noyabrın 30-da sərhədin hansı hissəsində görüşəcəyi haqda məlumat yayılıb.

Vətəninfo.az xəbər verir ki, Ermənistan mediası görüşün Qazax-İcevan (Karvansara) sərhədində baş tutacağını yazır.

Görüşdə Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiyası müzakirə olunacaq.

Görüşün Qazax-İcevan sərhədində keçirilməsi təsadüfi deyil. Çünki delimitasiya prosesində Qazaxın işğal altında qalan 7 kəndinin qaytarılması gündəmdədir və sabah keçiriləcək görüşdə də müzakirə ediləcək məsələlərdən biri bu kəndlər olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki