image-1backend

“Bu mediamızın məsuliyyətini artırır” -Əhməd İsmayılov

image-reklam_sirab_01

“Azərbaycanın peşəkar jurnalistləri bir tərəfdən cəmiyyətin ictimai əhəmiyyətli informasiya ilə təmin edilməsində, digər tərəfdən ölkəmizin informasiya mühitini çirkləndirmək cəhdlərinin qarşısının alınmasında, müxtəlif yönləndirici manipulyasiyaların vaxtında müəyyənləşdirilib” – bu fikirləri Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Əhməd İsmayılov qeyd edib ki, mediamız təsir dairəsinin minimuma endirilməsində fəallıq göstərir, ölkəmizə qarşı yönəlmiş dezinformasiya hücumlarına cavab vermək baxımdan daim təşəbbüskar mövqedən çıxış edirlər.

“Bu da dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər ərəfəsində mediamızın məsuliyyətini, baş verənlərə çevik reaksiyasını daha da artırır”. -deyə Əhməd İsmayılov
əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki