image-reklam-veteninfo
image-1backend

Bu məşhur içkili tutuldu – Maşını müsadirə edildi

image-reklam-veteninfo

Rusiyanın Krasnoqorsk şəhərində məhkəmə “Miss Rusiya 2010” gözəllik müsabiqəsinin qalibi Veronika Dremlyuqanı ikinci dəfə sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilib.

Vətəninfo.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, Dremlyuqanın idarə etdiyi Porsche Cayenne markalı avtomobil müsadirə ediləcək. O, həmçinin 350 saat məcburi əmək cəzasına məhkum olunub.

Məhkəmə sənədlərində bildirilir ki, Dremlyuqa daha əvvəl də sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilinib. Bundan əlavə, o, ötən il avtomobil idarə etmək hüququndan məhrum edilib.

Veronika Dremlyuqa 2010-cu ildə evli qadınlar arasında keçirilən “Miss Rusiya” müsabiqəsinin qalibi olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki