image-reklam-veteninfo
image-11backend

Bu məşhur şəxsin oğlu Ukraynada öldürüldü

image-reklam-veteninfo

Rusiya-Ukrayna müharibəsində daha bir azərbayacnlı ölüb.

Vətəninfo.az  APA-ya istinadla xəbər verir ki, müharibəyə həkim kimi qatılan Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev dron hücumu zamanı öldürülüb.

58 yaşlı lənkəranlı həkim Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən döyüşlərə qatılıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını alıb.

O, məşhur “Nənələr” folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.

V.Quliyev 30 ilədən çox Ukraynada yaşayıb. Onun nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

image-1




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki