image-1backend

Bu ölkə də BRİCS-ə qoşuldu

image-reklam_sirab_01

İndoneziya BRİKS-in “hüquqlu üzvü” oldu.

Vətəninfo.az xəbər verir ki, Braziliya İndoneziyanı BRICS-ə qoşulması münasibətilə təbrik edib.

Braziliya hökuməti Cənub-Şərqi Asiyanın ən böyük əhalisi və iqtisadiyyatına malik olan İndoneziyanın BRİKS-in yeni üzvü olduğunu açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən açıqlamada Pekin rəhbərliyinin də İndoneziyanı BRİKS-ə qoşulması münasibətilə təbrik etdiyi bildirilib. “Biz İndoneziyanın BRİKS-in inkişafına fəal töhfə verəcəyinə inanırıq”, – deyə bəyanatda vurğulanıb.

BRİKS 2009-cu ildə Rusiyanın təşəbbüsləri ilə ABŞ və Qərb ölkələrinin qlobal hökmranlığını balanslaşdırmaq məqsədilə qeyri-rəsmi bir platforma olaraq yaradılıb. Bir il sonra Cənubi Afrikanın dəvəti ilə birlik indiki adını BRİKS olaraq dəyişdi.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu BRİKS Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin birliyə qoşulması ilə genişləndi.

Qeyd edək ki, BRİKS-ə qoşulan ölkələrin sayı 9-a çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image