image-1backend

Bu ölkə selin əsirinə çevrildi : 290-dan çox adam öldü

image-reklam_sirab_01

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 291 nəfərə çatıb, 75 nəfər itkin düşmüş hesab olunur, daha 188 nəfər yaralanıb. Vətəninfo.az xəbər verir ki , bu barədə hökumətin rəsmi nümayəndəsi İsaak Mvaura məlumat verib.

Davam edən daşqınlar 55 000-dən çox ailəni köçkün vəziyyətinə salıb, təqribən 278 000 insanı çətin vəziyyətdə qoyub. Ümumilikdə, 412 minə yaxın əhalisi olan 82 min ev daşqınlardan zərər çəkib.

Mvaura həmçinin əlavə edib ki, Nayrobidən çox da uzaq olmayan Kimende rayonu sürüşmədən sonra təhlükə zonası elan edilib və ətrafı mühasirəyə alınıb. Keniya Müdafiə Qüvvələri, Milli Polis Xidməti və Qırmızı Xaç təşkilatının daxil olduğu qurumlararası qrup ərazidə xilasetmə əməliyyatları aparır.

Hökumət 3 mindən çox insanın yaşadığı 25 rayonda 187 düşərgə yaradıb.

Keniya Meteorologiya Departamenti ölkənin mərkəzi, qərb və şimal bölgələrində leysan yağışlar olacağı barədə xəbərdarlıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki