Böyük Britaniya öz hava qüvvələri ilə Ukrayna hava məkanında patrulluq etmək imkanını nəzərdən keçirir.Vətəninfo.az xəbər verir ki, bu barədə The Times jurnalı məlumat yayıb. Nəşr qeyd edir ki, bu, Baltikyanı ölkələrin hava məkanının mühafizəsi üzrə NATO proqramına oxşar missiyadır.
Bu missiya təsdiq olunarsa, Britaniya hərbi hava qüvvələri, o cümlədən Eurofighter Typhoon döyüş təyyarələri Polşada yerləşdirilə bilər. Lakin missiya Ukraynada uçuşa qadağa zonasının yaradılması demək deyil, çünki bu, NATO təyyarələrinin Ukrayna səmasında daimi mövcudluğunu tələb edəcək.