image-reklam-veteninfo
image-1backend

Bu ölkədə 3-cü uşağın doğulmasına icazə VERİLDİ

image-reklam-veteninfo

Bloomberg xəbər verir ki, Vyetnam hökuməti ölkədə azalan doğum səviyyəsini dayandırmaq üçün cütlüklərin ikidən çox uşaq sahibi olmasına icazə vermək üçün demoqrafik siyasətini dəyişməyə qərar verib. “Vyetnam demoqrafik böhrana səbəb ola biləcək doğum nisbətinin azalması ilə mübarizə aparmaq üçün cütlüklərə ikidən çox uşaq sahibi olmağı qadağan edən əvvəlki siyasəti ləğv etdi” dedi.

Bloomberg-in məlumatına görə, Vyetnam hakimiyyət orqanları evli cütlüklərə nə vaxt və neçə uşaq dünyaya gətirəcəklərinə özləri qərar verməyə icazə vermək qərarına gəliblər. Qeyd edək ki, indiyədək mövcud sərəncama əsasən bir, müstəsna hallarda isə iki uşaq dünyaya gətirməyə icazə verilirdi. Bu məhdudiyyət 1988-ci ildə tətbiq edilib. Sərəncamı pozanları ciddi cərimələrlə hədələyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki