Argentina hakimiyyəti on səkkiz yaşından kiçik insanlar üçün cinsiyyət dəyişdirmə əməliyyatı və hormon terapiyasını qadağan etmək qərarına gəlib. Vətəninfo.az xəbər verir ki, bu barədə Argentina prezident aparatının sözçüsü Manuel Adorni məlumat verib.
Associated Press-in məlumatına görə, Argentinanın hakimiyyət orqanları da gender kimliyi ilə bağlı qanuna dəyişiklik etmək qərarına gəliblər. O, vurğulayıb ki, on səkkiz yaşına çatmayanlara münasibətdə bu cür müdaxilələr insanın psixi və fiziki sağlamlığı üçün ciddi təhlükə yaradır və təbii yetkinlik prosesini pozur.