image-1backend

Bu ölkədə əcnəbilərə əmlak almaq qadağan edildi

image-reklam_sirab_01

Avstraliya federal hökuməti digər ölkələrin vətəndaşlarına ölkədə daşınmaz əmlak almağı müvəqqəti olaraq qadağan etmək niyyətindədir.Vətəninfo.az xəbər verir ki, bu barədə Avstraliya Dövlət Xəzinədarı Cim Çalmers məlumat verib. Üstəlik, Çalmersin bəyanatına əsasən, söhbət hazır yaşayış evlərindən gedir. Qadağa ən azı iki il qüvvədə olacaq.

Səlahiyyətlilər daşınmaz əmlakın alınması ilə bağlı bank əməliyyatlarına da ciddi nəzarət edəcəklər. Bu, milli daşınmaz əmlak bazarında həddindən artıq yüksək qiymətləri azaltmaq üçün edilir. Ola bilsin ki, bu elan edilmiş moratoriumun iki illik müddəti uzadılsın. Moratorium avstraliyalılara xaricilərə gedəcək evləri almağa imkan verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image