image-reklam-veteninfo
image-image_750x_683f29489433dbackend

Bu ölkədə hökumət istefaya getdi

image-reklam-veteninfo

Hollandiyanın baş naziri Dik Şoff bəyan edib ki, hökumət istefaya gedir.

Vətəninfo.az xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Wilders hakim koalisiyadan çıxdığını elan edib.

Çərşənbə axşamı, iyunun 3-də Hollandiyanın ifrat sağçı PVV partiyasının lideri Geert Vilders partiyanın hakim koalisiyadan çıxdığını elan etdi ki, bu da Hollandiya hökumətinin dağılması deməkdir.

Vilders bildirib ki, koalisiyadakı tərəfdaşları onun qaçqınların qəbulunu qadağan etmək planını dəstəkləmək istəmirlər.

“Sığınacaq axtaranlarla bağlı proqramımız imzalanmayıb. PVV koalisiyanı tərk edir”, – Vilders X sosial şəbəkəsində yazıb.

Vilders 2023-cü ilin noyabrında keçirilən seçkilərdə sürpriz qələbəsindən sonra koalisiya tərəfdaşları ilə razılaşdığı “tarixin ən sərt immiqrasiya siyasətinin” onun fikrincə çox ləng həyata keçirilməsindən məyus olduğunu bildirib.

© 2008 – 2021 «Հրապարակ օրաթերթ»


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki