image-1backend

Bu ölkədə  iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edildi

image-reklam_sirab_01

Cənubi Amerika ölkəsi Ekvadorda zorakılıqların yenidən artması səbəbindən iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Vətəninfo.az xəbər verir ki, Ekvador Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, mütəşəkkil cinayət təşkilatlarının törətdiyi zorakılıq aktlarının qarşısının alınması üçün prezident Daniel Noboanın imzaladığı sərəncamla fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə qərar verilib.
Sərəncama əsasən, fövqəladə vəziyyət rejimi Quayas, Los Rios, Manabi, Orellana, Santa Elena və El Oro şəhərlərində iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi Noboa tərəfindən 7 yanvar və 20 aprel tarixlərində iki dəfə elan edilən fövqəladə vəziyyət rejimini ləğv etmişdi.
Ekvador uzun müddətdir ki, təhlükəsizlik böhranı ilə mübarizə aparır. İlin əvvəlindən bəri çox sayda insan, o cümlədən bələdiyyə sədrləri və təhlükəsizlik xidməti əməkdaşları dəstələrin hücumları nəticəsində həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki