Britaniyada aparılan yeni sınaqda işçilərə iş saatlarını seçmək icazəsi verilib.
Daha əvvəl də Britaniyada bəzi şirkətlər dördgünlük iş həftəsi sınağına qoşulmuşdular.
Vətəninfo.az xəbər verir ki, iki şirkət artıq sınaq üçün qeydiyyatdan keçib. Sınağa təxminən 3000 işçinin və 50 şirkətin qoşulması qarşıya hədəf olaraq qoyulub. Sınaq işçilərin iş-həyat balansını yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Bundan əvvəl dördgünlük iş həftəsi ilə bağlı aparılan sınaq yaxşı nəticələr verib. Yüzlərlə Britaniya şirkəti, bir yerli şura öz gəlirlərində heç bir itki olmadan dördgünlük iş həftəsi sınağını müvəffəqiyyətlə başa vurub.