image-reklam-veteninfo
image-1backend

Bu ölkədə itləri şəhərdə gəzdirmək qadağan edildi

image-reklam-veteninfo

İran bütün böyük şəhərlərdə it gəzdirməyə qadağa qoyub. Vətəninfo.az xəbər verir ki, bu barədə  BBC məlumat yayıb.

Əvvəllər qadağa yalnız Tehrana şamil edilirdi. Bundan əlavə, itlərin nəqliyyat vasitələrində daşınması qadağandır.

İranda itlərin saxlanması xoşagəlməz hal hesab olunur və itlərə sahib olmağı qadağan edən qanun olmasa da, prokurorlar tez-tez polis tərəfindən tətbiq edilən yerli məhdudiyyətlər qoyurlar. Bəzən sahibləri həbs edilir, ictimai yerlərdə gəzdirdiklərinə görə itlər müsadirə olunur.

Ayətullah Xamenei itə sahib olmağı “qınağa layıq” adlandırıb.

Bütün bunlara baxmayaraq, xüsusilə gənclər arasında ev heyvanı kimi itlərin sayı artır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki