image-1backend

Bu ölkədə  yanacaq böhranı səbəbindən 69 təyyarə reysi təxirə salındı

image-reklam_sirab_01

Kolumbiyada yanacaq problemi səbəbindən 69 təyyarə reysi təxirə salınıb.

Vətəninfo.az xəbər verir ki, ölkənin ”Avianca” aviadaşıyıcısı yanacaq böhranı səbəbindən 4-ü beynəlxalq olmaqla ümumilikdə 69 reysin ləğv edildiyini açıqlayıb. Bildirilir ki, böhran davam edərsə, şirkət sabah daha 108 reysi ləğv edə bilər.

”Avianca” ilə yanaşı, ”Latam” aviaşirkəti də oxşar bəyanatla çıxış edərək sabahdan etibarən 36 reysi ləğv edəcəyini açıqlayıb.

Kolumbiyanın nəqliyyat naziri Maria Kostanza Qarsiya yanacaq tədarükü zəncirindəki problemləri araşdırdıqlarını ifadə edərək, bəzi hava yollu şirkətlərinin bilet satışlarını müvəqqəti dayandırdıqlarını açıqlayıb.

Maria Kostanza Qarsiya həmçinin uçuşun ləğv edilməsinin Kolumbiyanın aviasiya qaydalarına zidd olduğunu vurğulayıb və bu prosesin araşdırılmasını tələb edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki