image-reklam-veteninfo
image-image_750x_6465b3937c62bbackend

Bu ölkələr Rusiya ilə sərhədlərini gücləndirir

image-reklam-veteninfo

Latviya, Litva, Norveç, Polşa, Finlandiya, İsveç və Estoniyanın gömrük orqanları Rusiya ilə sərhəd nəzarətini gücləndirəcək. Helsinkidə keçirilən görüş nəticəsində belə bir razılıq əldə olunub.Vətəninfo.az  xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Üç gün davam edən müzakirələrdə səlahiyyətli dövlət qurumları iştirak edib. Xüsusilə, Rusiya və Belarusun Aİ sanksiyalarından yayınmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin gücləndirilməsi yolları müzakirə edilib.

Görüş iştirakçıları sanksiyaların tətbiqi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, gömrük nəzarətinin birgə tətbiqinin gücləndirilməsi, lisenziyalaşdırma proseslərinin uyğunlaşdırılması məsələlərinin müzakirəsi və mütəmadi məlumat və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.
Nəticədə tərəflər sanksiyalardan yayınma hallarını müəyyən etmək üçün iqtisadi operatorlar üçün təlimatın birgə hazırlanması barədə razılığa gəliblər”, – deyə görüş iştirakçılarının birgə bəyanatında qeyd olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki