Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Polşa və Macarıstana gedə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.
Bunu DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızı bildirib.
“Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər. Telefon nömrələri 24 saat aktivdir”, – Komitə rəsmisi qeyd edib.