“Ermənistan ordusu yerli separatçılarla birgə Azərbaycan torpaqlarının işğalı dövründə mina basdırmadıqları ərazi qoymayıblar.”- Vətəninfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra minaların partlaması nəticəsində yüzlərlə vətəndaşımız həlak olub, yaralanlar da çoxdur.
“Başqa təhlükə də ondan ibarətdir ki, erməni separatçıları işğalda saxladıqları əraziləri silah deposuna çeviriblər, əllərdə və evlərdə xeyli silah və sursat var, torpaq altında da basdırmamış deyillər, vaxtilə torpaqlarımızın işğalı belə başlamışdı. İndi də ara-sıra Kalaşnikov avtomatlarıyla Şuşaya doğru atəş açırlar. Bu Rusiya hərbi kontingentini narahat etmir, əksinə bölgəyə daha çox silah onların dəstəyi ilə keçirilib. Gələcəkdə separatçıları tərksilah etməklə yanaşı torpaq altında basdırdıqları silah və sursatı da aşkar etmək vacib olacaq ki, bizə yenə arxadan atəş açmasınlar.”- deyə Elxan Şahinoğlu əlavə edib.