Qarşıdan gələn seçkilərdə Donald Tramp tərəfindən vitse-prezidentliyə namizəd kimi irəli sürülən və Respublikaçılar Partiyasının qurultayında namizədliyi təsdiqlənən 39 yaşlı Ohayo ştatından senator Ceyms Vans Rusiyaya girişi qadağan edilən şəxslər siyahısına daxil edilib. .
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi sanksiyalar siyahısında deyilir.
Məlumdur ki, 2023-cü ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Co Bayden administrasiyasının müntəzəm olaraq tətbiq etdiyi anti-Rusiya sanksiyalarına cavab olaraq” 500 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
Siyahıya Ukraynanı silahla təchiz edən konqresmenlər və hərbi-sənaye kompleksi şirkətlərinin rəhbərləri, sənət adamları, eləcə də “qondarma “Kapitoliyə hücum” nəticəsində dissidentlərin təqibində bilavasitə iştirak edənlər” yer alıb. Vens də sanksiyalar siyahısında idi.
Bundan əvvəl, 2016-cı ildə Vens Trampı açıq şəkildə tənqid etmiş, onu “axmaq” adlandırmışdı. Lakin sonradan o, Trampın ən sadiq tərəfdarlarından birinə çevrildi, hətta digər yüksək rütbəli respublikaçılar bundan imtina etdikdə belə, onu dəstəklədi, Reuters yazır. Bundan əlavə, Vans Ukraynaya yardımın əleyhinə çıxan senatorlar arasında idi.