image-reklam-veteninfo
image-1backend

Bu şəxslər yenidən hərbi xidmətə çağırılır

image-reklam-veteninfo
Bir çox hərbi xidməti başa vurmuş şəxslər yenidən hərbi hissələrə çağırılıb.

Vətəninfo.az metbuat.az-a istinadla xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər:

Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər.

Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar:

Birinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 35 yaş; kiçik zabitlər – 50 yaş; mayor və polkovnik-leytenantlar – 50 yaş; polkovniklər – 55 yaş; ali zabitlər – 60 yaş.) – hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;

İkinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 50 yaş) – hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;

Üçüncü dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 50 yaş; kiçik zabitlər, mayor və polkovnik-leytenantlar – 55 yaş; polkovniklər – 60 yaş; ali zabitlər – 65 yaş.) – bir ay müddətinə bir dəfə”.

P.Sədrəddinov qeyd edib ki, hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki