image-reklam-veteninfo
image-1backend

Bu xanıma YAP-da yüksək vəzifə verildi – FOTO

image-reklam-veteninfo

Yeni Azərbaycan Partiyasında kadr dəyişikliyi olub. YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun əmri ilə Bədəlova Ramilə Alxan qızı Mərkəzi Aparatın rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Vətəninfo.az KONKRET.az-a istinadən xəbər verir ki, Ramilə Bədəlova 1981-ci ildə Bakıda anadan olub. YAP Yasamal Rayon təşkilatında təlimatçı, Partiyanın Mərkəzi Aparatında baş məsləhətçi, şöbə müdirinin müavini və Mərkəzi Aparatın sənədlərlə iş və statistika şöbəsinin müdiri vəzifələrində çalışıb. Ölkə prezidentinin müvafiq sərəncamı ilə 2022 – ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi Nurlan Qələndərliyə sorğu ünvanladıq. Lakin sorğumuza cavab verilmədi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki